İsrail ilə danışıqlar zəiflik və ya geri çəkilmə əlaməti deyil. Bu, Livanın öz hüquqlarından imtina etməsi anlamına gəlməməlidir.

Teleqraf xəbər verir ki, bunu İsrail Prezidenti Cozef Aun xalqa müraciətində bildirib.

O vurğulayıb ki, bu danışıqlar zəiflik, geri çəkilmə və ya güzəşt əlaməti deyil: "Biz xalqımızın hüquqlarını, ərazimizin və millətimizin suverenliyini qoruyacaq daimi razılaşmalar üzərində işləməyə keçidin yeni mərhələsindəyik. Ölkə hakimiyyəti yarım əsrdə ilk dəfə olaraq Livana qərar qəbul etmək və müstəqil danışıqlar aparmaq hüququnu qaytarıb".

Qeyd edək ki, cümə günü gecə Livanda İsrail ilə 10 günlük atəşkəs qüvvəyə minib. 10 günlük atəşkəs, iki tərəf arasında uzunmüddətli razılaşmaya gətirib çıxaracaq İsrail ilə danışıqlar prosesinə doğru ilk addım kimi qəbul edilir.