BAKI, 17 aprel. TELEQRAF

İsrailin Baş naziri Binyamin Netanyahu Livanla sülhə gedən yolun uzun olduğunu bildirib.

Teleqraf xəbər verir ki, "Times of Israel"in məlumatına görə, Baş nazir Trampın xahişi ilə İsrailin Livan hökumətinə diplomatik və hərbi həll yolu tapmaq üçün təklif verdiyini bildirib.

Netanyahu Hizbullaha qarşı hərbi kampaniyanın hələ bitmədiyini deyib.

"Hizbullahın əlində qalan raket və pilotsuz təyyarə təhdidlərinə qarşı əlavə tədbirlər planlaşdırmışıq. Hələ işimiz bitməyib. Hizbullahın aradan qaldırılması diplomatik sahədə daimi səylər, səbr və dəqiq iş tələb edəcək" - Baş nazir deyib.