BAKI, 18 aprel. TELEQRAF
ABŞ prezidenti Donald Trump Kubada yaxın vaxtlarda “yeni şəfəq”in başlayacağını bəyan edib.
Teleqraf xəbər verir ki, Tramp bu fikirləri ictimai çıxışı zamanı səsləndirib. Çıxışın canlı yayımı "NBC News" tərəfindən həyata keçirilib.
ABŞ lideri Mayamidə yaşayan kubalı amerikalıları xatırladaraq, onların ailələrinin keçmişdə zorakılıq və təzyiqlərlə üzləşdiyini bildirib. Onun sözlərinə görə, uzun illər gözləntidən sonra Kubada tarixi dəyişikliklərin baş verəcəyi gün yaxınlaşır və Vaşinqton bu prosesə dəstək verəcək.
Tramp qeyd edib ki, bu böyük güc Kubaya "yeni şəfəq" gətirəcək.
Qeyd edək ki, daha əvvəl bəzi media orqanlarında ABŞ-nin Kuba ilə bağlı hərbi əməliyyat planlaşdırdığı barədə iddialar səsləndirilib. ABŞ Müdafiə Nazirliyi isə bu məlumatları təkzib edərək spekulyasiya adlandırıb.
Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov heç bir ölkənin Kubaya müdaxilə etməməli olduğunu bildirib.