BAKI, 17 aprel. TELEQRAF

İranla aparılan danışıqlar həlledici mərhələyə çatıb. Yaxın bir-iki gün ərzində tarixi saziş imzalana bilər.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Axios” portalına müsahibəsində bildirib.

O, iranlı rəsmilərin saziş bağlamaq üçün olduqca istəkli olduqlarını deyib: “Düşünürəm ki, görüş bu həftəsonu baş tutacaq. Yaxın günlərdə razılaşma əldə edəcəyik”.

Tramp İslamabada səfərinin mümkünlüyünə “bəli” cavabını verib: “Biz hər şeyi həll edəcəyik. İranla sakit tempdə əməkdaşlığa başlayacağıq. Böyük texnika ilə qazıntı işlərinə başlayıb, uranın hamısını ABŞ-yə qaytaracağıq. Heç bir ödəniş etmədən”.