BAKI, 17 aprel. TELEQRAF

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə gəlib.

Teleqraf xəbər verir ki, Lavrov Türkiyənin xarici işlər naziri Hakan Fidanın dəvəti ilə Türkiyəyə səfər edir. Onun forumun xüsusi sessiyasında çıxışı, eləcə də xarici həmkarları ilə ikitərəfli görüşləri planlaşdırılır.