BAKI, 17 aprel. TELEQRAF

Hörmüz boğazından gəmilərin keçidinə yalnız İran İslam Respublikası tərəfindən icazə veriləcək.

Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Komandanlığı məlumat yayıb.

Komandanlıq boğazdan keçid üçün qaydaları açıqlayıb.

SEPAH-ın qaydalarına əsasən, mülki gəmilər yalnız İran tərəfindən müəyyən edilmiş marşrut üzrə hərəkət edəcək. Hərbi gəmilərin boğazdan keçidi qadağandır. Naviqasiyaya yalnız SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin icazəsi ilə icazə verilir.

O da qeyd olunur ki, bu qaydalar İranla atəşkəs müqaviləsi bağlandıqdan və Livanda atəşkəs əldə edildikdən sonra işlək olacaq.