BAKI, 18 aprel. TELEQRAF

ABŞ prezidenti Donald Trump İranın nüvə obyektlərində saxlanılan yüksək zənginləşdirilmiş uranın ekskavatorlar vasitəsilə çıxarılaraq ABŞ-yə daşınacağını iddia edib.

Teleqraf xəbər verir ki, Tramp bu açıqlamanı tərəfdarları qarşısında çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, uranın çıxarılması prosesi İranla birlikdə həyata keçiriləcək.

ABŞ lideri bildirib ki, “nüvə tozu” adlandırdığı material ekskavatorlardan istifadə edilməklə çıxarılacaq və daha sonra ABŞ-yə aparılacaq.

Qeyd olunur ki, söhbət İsfahan, Natanz və Fordo ərazilərində yerləşən obyektlərdə saxlanılan yüksək zənginləşdirilmiş urandan gedir. Həmin obyektlər 2025-ci ilin iyununda ABŞ tərəfindən hava zərbələrinə məruz qalmışdı.

Tramp əlavə edib ki, Tehran bu proses qarşılığında heç bir maliyyə vəsaiti əldə etməyəcək.

Qeyd edək ki, çıxış Turning Point USA təşkilatının tədbirində, Finiks şəhərində baş tutub.