BAKI, 17 aprel. TELEQRAF
Rusiya və Hindistan arasında hərbi personalın, eləcə də gəmilərin və hərbi təyyarələrin bir-birinin ərazisinə göndərilməsi proseduru haqqında hökumətlərarası saziş qüvvəyə minib.
Teleqraf TASS-a istinadən xəbər verir ki, bu saziş çərçivəsində, tərəflər 3000 nəfərdən çox şəxsi heyəti bir-birinin ərazisində yerləşdirə bilər.
Saziş təkcə qoşun və texnikanın yerləşdirilməsini deyil, həm də onların maddi təminatını tənzimləyir.