BAKI, 18 aprel. TELEQRAF

ABŞ prezidenti Donald Trump İranla mümkün sazişin əsas müddəalarının böyük hissəsinin artıq razılaşdırıldığını bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu fikirləri tərəfdarları qarşısında çıxışı zamanı səsləndirib. O qeyd edib ki, prosesin tezliklə başa çatması gözlənilir və əksər bəndlər üzrə tərəflər arasında razılıq əldə olunub.

ABŞ liderinin sözlərinə görə, razılaşma tam yekunlaşdırılıb imzalanana qədər ABŞ hərbi qüvvələri mövqelərində qalmağa davam edəcək.

Qeyd edək ki, çıxış Turning Point USA təşkilatının tədbirində, Finiks şəhərində baş tutub.