Dini Qurumlarla İş üzrə Dövlət Komitənin sədr müavini Səyavuş Heydərov Bakı şəhəri Baş Polis İdarəsinin rəhbərliyi və şəxsi heyəti ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, komitə sədrinin müavini Səyavuş Heydərov dini ekstremizmin yaranma səbəbləri, onun yayılmasının qarşısının alınması üçün birgə fəaliyyət, eləcə də mübarizə taktikası barədə fikirlərini bölüşüb.

Görüşdə, həmçinin, Bakı şəhəri üzrə ictimai asayişin qorunması, neqativ proseslərin qarşısının alınmasında müvafiq strurkurların əməkdaşlığı məsələləri müzakirə olunub.

Hacı Zeynalov