
Azərbaycanda “Avropa gənclərinin layihələrində sosial inteqrasiyanın qiymətləndirilməsi” adlı beynəlxalq təlim kursu keçiriləcək.
Teleqraf.com-un məlumatına görə, Gənclər üçün Təhsil Mərkəzi, Azərbaycan Tələbələr Birliyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi, habelə “Erasmus+” proqramı üzrə Norveç Milli Agentliyinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirin əsas məqsədi Avropa məkanında gənclərlə bağlı həyata keçirilən layihələrin qiymətləndirilməsi metodologiyasını öyrənmək, layihələrin effektivliyini və gənclərin sosial inteqrasiyanı artırmaq, habelə bu istiqamətdə əməkdaşlığı gücləndirməkdir.
Tədbirdə 10 ölkədən (İtaliya, Macarıstan, Çexiya, Litva, Xorvatiya, Norveç, Bolqarıstan, Belarus, Ukrayna və Gürcüstan) 34 nümayəndənin iştirakı nəzərdə tutulur. Fevralın 21-dək davam edəcək tədbir çərçivəsində iştirakçılar bir sıra mədəniyyət ocaqlarını ziyarət edəcəklər. Onlar üçün “Azərbaycan gecəsi” də təşkil olunacaq.