Bakının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər var.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsindən keçən magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar “+ 132 Şimal” su anbarından xəttə suyun verilişi dayandırılıb.

Bununla əlaqədar 11 fevral 2015-ci il tarixdə gün ərzində 7-ci və 8-ci mikrorayonlara, Dərnəgül yaşayış massivinə və Səttar Bəhlulzadə küçəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.