
Məhkəmə-Hüquq Şurasına yeni üzv qəbul edilib.
Teleqraf.com xəbər verir ki, şurada birinci instansiya üzrə 1 vakant yer mövcud olub.
Həmin vakansiya üzrə Bakı İnzibati Məhkəməsinin hakimi Şəlalə Həsənova seçilib.
Bununla da Məhkəmə-Hüquq Şurasının tərkibi tam formalaşıb.
Məhkəmə-Hüquq Şurasının 15 üzvü var.
Şuranın sədri isə ədliyyə naziri Fikrət Məmmədovdur.