BAKI, 3 iyul. TELEQRAF
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən aparılan yoxlamalar nəticəsində cari ilin 6 ayı ərzində 8 cərrah barədə tənbeh tədbiri görülüb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq AEM-dən məlumat verilib.
Bildirilib ki, bunlar əsasən ümumi cərrahiyyə, plastik cərrahiyyə və cərrahi stomatologiyaya aid olub.
"Aşkar edilən nöqsanlar əsasında qanunvericiliyə əsasən müvafiq protokollar tərtib edilib və aidiyyəti üzrə icraata göndərilib", - məlumatda vurğulanıb.