BAKI, 2 noyabr. TELEQRAF
Oktyabr ayı ərzində ümumilikdə 80 aptekdə yoxlama həyata keçirilib.
Bu barədə Teleqraf-a Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bu yoxlamalardan 9-u Bakı şəhərində, 71-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb. Yoxlamaların 79-u planlı, 1-i plandankənar olmuşdur Aparılmış yoxlamalar nəticəsində 24 aptekdə müxtəlif nöqsanlar aşkarlanmışdır. Bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4 , 221.1 ,452.1 ,452.2 ,452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilmişdir.