BAKI, 2 sentyabr. TELEQRAF
Regionlarda həkim təminatı üçün kompleks yanaşma lazımdır.
Teleqraf xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Anar Bayramov mətbuat konfransında jurnalistlərin suallarına cavab olaraq deyib.
O bildirib ki, burada həm həkimlərin hüququnun müdafiəsi, həkimlərə olan münasibət, həm də infrastrukturun və avadanlığın olması çox önəmlidir.
"Amma bütün bu addımlar gənc həkimin regiona köçmək istəmədiyi və əməkhaqqının onu qane etmədiyi hallarda istədiyimiz effekti verməyəcək. Ona görə bu islahatda bir neçə istiqamətdə region həkimlərini fərqləndirmişik. Burada sabit əlavələri kifayət qədər böyük şəhərlərdəki sabit əlavələrdən artıqdır. Burada işə görə verilən əlavə ödənişlər və regional əmsal da fərqlidir. Regional əmsal 1,3 qoyulub. Əminəm ki, bu islahat regionlarda həkim təminatına müsbət təsir göstərəcək", - o vurğulayıb.