BAKI, 6 iyul. TELEQRAF

Son illərdə ölümündən sonra orqanlarını bağışlamağa razılıq verənlərin sayı davamlı olaraq artmaqdadır.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hazırda rəsmi razılıq vermiş vətəndaşlarımızın ümumi sayı 1600 nəfəri keçib.

"Bu rəqəm cəmiyyətimizdə orqan donorluğu mədəniyyətinin formalaşdığını və maarifləndirmə işlərinin səmərəli nəticə verdiyini göstərir. Mərkəz olaraq biz bu nəcib təşəbbüsə qoşulan hər bir vətəndaşa minnətdarıq və bu addımın gələcəkdə yüzlərlə həyatı xilas edəcəyinə inanırıq", - məlumatda qeyd olunib. .