BAKI, 3 iyul. TELEQRAF
Cari ilin ilk 6 ayı ərzində keçirilən nəzarət yoxlamaları zamanı 18 aptekdə reseptlə buraxılmalı olan dərman vasitələrinin reseptsiz satışı aşkarlanıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, ötən ilin müvafiq dövründə bu rəqəm 20 olub.
"Beləliklə, reseptsiz satış hallarında müəyyən azalma qeydə alınıb. Aşkarlanan hallarla bağlı həmin apteklərin sahibləri barədə İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsinə əsasən protokollar tərtib edilib", - məlumatda vurğulanıb.