BAKI, 20 aprel. TELEQRAF

Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.

Tərəflər Azərbaycanın BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) sədri kimi prioritetlərini, Azərbaycan və Tailand arasında ikitərəfli münasibətlərin perspektivlərini, regional məsələləri müzakirə ediblər.

"Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyası çərçivəsində (UNESCAP) cənab Anutin Çarnvirakul ilə görüşməkdən şərəf duyuram.

Tərəfdaşlığımızı daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirəm", - C.Bayramov "X"dəki hesabında qeyd edib.