BAKI, 21 aprel. TELEQRAF

“Elektron notariat” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Elektron notariat” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 307 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilib:

“4.Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər”.

Həmin Qərarla təsdiq edilmiş “Elektron notariat” informasiya sistemi haqqında Əsasnamə”nin 12.3.16-cı yarımbəndinə “məlumatlar” sözündən sonra “, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda daşınmaz əmlak və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak üzərində hüquqların rəsmiləşdirilməsi üçün protokol və notarius vasitəsilə rəsmiləşdirilən alqı-satqı müqaviləsi əsasında satılmalı olan əmlak barədə icra məmurunun qərarı” sözləri əlavə edilməlidir.