BAKI, 26 fevral. TELEQRAF
İsrail səfirliyi Xocalı faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
Teleqraf xəbər verir ki, bu barədə səfirlik "X" sosial şəbəkəsində paylaşım edib.
"Səfirlik adından Azərbaycan xalqına və Xocalı faciəsi qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı veririk. Həyatını itirən günahsız insanların xatirəsini ehtiramla yad edir və zərər çəkmiş hər kəsə ən dərin rəğbətimizi bildiririk. Qurbanların xatirəsi daim yaşasın və sülh ilə qarşılıqlı anlaşma qalib gəlsin", - paylaşımda qeyd edilib.
Səfirlik adından Azərbaycan xalqına və Xocalı faciəsi qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı veririk.
— Israel in Azerbaijan (@IsraelinAZ) February 26, 2026
Həyatını itirən günahsız insanların xatirəsini ehtiramla yad edir və zərər çəkmiş hər kəsə ən dərin rəğbətimizi bildiririk.
Qurbanların xatirəsi daim yaşasın və sülh… pic.twitter.com/xwjDW4MSu5