BAKI, 12 noyabr. TELEQRAF

Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, Elxan İbrahimov 2022-ci ilin fevralında Kürdəmirin icra başçısı təyin olunmuşdu. Prezidentin imzaladığı digər sərəncamla o, bu vəzifədən azad olunub.