"Azərbaycan Suriyada məktəb tikintisinə dəstək verir və on məktəbin inşasını həyata keçirmək barədə qərar qəbul edib".

Teleqraf xəbər verir ki, bu sözləri Suriya Parlamanetinin hələbli deputatı Tarık Sulo Cevizci Bakıda keçirilən II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumunda çıxışı zamanı deyib.

"Eyni zamanda, Heydər Əliyev adına beynəlxalq təhsil proqramı çərçivəsində suriyalı tələbələrin Azərbaycanda təhsil alması üçün imkanlar yaradılacaq. Bu proqramda türkman tələbələrin də iştirakının təmin olunması arzu edilir.

Azərbaycan və Suriya arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin inkişafı gələcək əməkdaşlığın əsas istiqamətlərindən biridir. Suriyanın gələcəkdə türk dövlətləri ilə münasibətlərinin daha da genişlənməsi üçün mühüm addımlar atılır" - Tarık Sulo Cevizci əlavə edib.