BAKI, 25 iyun. TELEQRAF

“Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp Ankoricdə keçirilən görüşdə Ukrayna ilə bağlı yekun razılığa gələ bilməyib”.

Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

“Alyaskada heç bir razılaşma olmadı, təklif var idi, amma razılaşma olmadı. Əgər razılaşma əldə olunsaydı, müharibə bitərdi”, - o bildirib.

Müharibənin dayandırılması ilə bağlı Rusiyanın şərtinə gəlincə, Marko Rubio qeyd edib:

“Rusiya digər şeylərlə yanaşı, bütün Donetskin (Donbasın - red.) ona təhvil verilməsini istəyir”.