BAKI, 25 iyun. TELEQRAF

Qətərin təkidi ilə Bakıda İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı (İƏTPİ) Konfransının 20-ci sessiyasının nəticəsi olaraq qəbul olunan Bakı Bəyannaməsinə əlavələr edilib.

Teleqraf xəbər verir ki, ABŞ və İran arasındakı razılaşmaya dair bənd əlavə olunub.

Bakı Bəyannaməsində ABŞ və İran arasında imzalanmış Anlaşma Memorandumu alqışlanıb və memorandumun maddələrinin icra ediləcəyinə və bunun regional, eləcə də beynəlxalq sülh və təhlükəsizliyə töhfə verəcəyinə ümid ifadə edilib.