BAKI, 25 iyun. TELEQRAF

Müxalif “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Sarukyana qarşı cinayət işinin başlanmasına razılıq verilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) ərizə təqdim edilib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğundan yerli mediaya bildirilib.

MSK-dan Q. Sarukyanın namizəd kimi toxnulmazlığının ləğvi tələb edilib.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Baş nazir Nikol Paşinyanın sədri olduğu “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 49,8 faizini toplayıb. Rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,2 faiz, keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku isə 9,9 faiz səs alıb. Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası 3,9 faiz səs toplasa da, Ermənistan parlamentinə düşə bilməyib.