BAKI, 25 iyun. TELEQRAF

Ermənistanda Yunanıstan, ABŞ və Fransadan kontingentlərin iştirakı ilə keçirilən “Qartal Tərəfdaşı - 2026” hərbi təlimləri başa çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hərbi təlimlərin məqsədi beynəlxalq sülhməramlı missiyaların həyata keçirilməsində iştirakçı bölmələr arasında əməkdaşlıq səviyyəsini artırmaq, birgə əməliyyatların təşkilini təkmilləşdirmək və tərəfdaş ölkələr arasında əməkdaşlığı gücləndirməkdir.

Xatırladaq ki, 2023-cü ildən bəri Ermənistanda hər il Ermənistan-ABŞ təlimləri keçirilir. Bu il Yunanıstan və Fransadan olan kontingentlər də qatılıb.