BAKI, 25 iyun. TELEQRAF
Azərbaycanla Peru arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial media hesablarında paylaşım edilib.
Bildirilib ki, tərəflər ikitərəfli əlaqələrin daha da gücləndirilməsinə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsinə sadiqdirlər.
Həmçinin, bu əlamətdar ildönümü münasibətilə ölkələrimiz arasında dostluq əlaqələrinin inkişaf etdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğumuz bir daha təsdiqlənir.
"Azərbaycan-Peru diplomatik münasibətlərinin 30 illiyi mübarək!", - paylaşımda qeyd edilib.