BAKI, 25 iyun. TELEQRAF

Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı (İƏTPİ) Konfransının 20-ci sessiyası işini yekunlaşdırıb.

Teleqraf xəbər verir ki, Milli Məclis sədrinin müavini Rafael Hüseynovun sədrliyi ilə keçirilən iclasın bugünkü bağlanış mərasimində İƏT Parlament İttifaqı komitələrinin hesabatları, Bakı Bəyannaməsi müzakirə edilib.

Sənədlərin qəbulu ilə sessiya yekunlaşıb.

Xatırladaq ki, iyunun 22-də başlayan tədbirdə 400-dən artıq nümayəndə iştirak edib.