BAKI, 25 iyun. TELEQRAF

“İtaliya və Rumıniya İrana hücuma görə beynəlxalq məsuliyyət daşıyır”.

Teleqraf xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib.

“NATO baş katibi Mark Ruttenin ABŞ-nin müharibə zamanı İtaliya və Rumıniyadakı hərbi bazalardan İrana hücum etməsi ilə bağlı açıqlaması bu iki ölkə üçün beynəlxalq məsuliyyət yaradır”, - diplomat qeyd edib.