BAKI, 9 oktyabr. TELEQRAF
Ötən gün Qəzzaya humanitar yardım aparan gəmidə saxlanılan şəxslər arasında iki Azərbaycan vətəndaşı - Pərvin Əzimov və Orxan Səmədzadənin saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə qeyd edib.
Ayxan Hacızadə bildirib ki, sözügedən vətəndaşlar gəmi ekipaj üzvləridir və onlar Türkiyədə çalışırlar:
"İsraildəki Səfirliyimiz tərəfindən görülən tədbirlər nəticəsində onların azad edilərək öz istəkləri əsasında Türkiyəyə geri qayıtması nəzərdə tutulur".