BAKI, 28 may. TELEQRAF

"Bu gün qardaş və dostlarımla bir məkanda olmaqdan böyük şərəf duyuram. Laçında birgə dalğalanan Azərbaycan, Türkiyə, Pakistan bayraqlarını görmək insanın içini qürur hissi ilə doldurur".

Teleqraf xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Türkiyə–Azərbaycan–Pakistan Zirvə görüşündə bildirib.

"Biz tərəfdaşlığımızı daha da irəli daşımaq arzusundayıq. Çünki bizim birgə dəyərlərə əsaslanan dərin tarixi əlaqələrimiz var. Qarabağ, Kəşmir və Şimali Kiprlə bağlı biz birgə mövqedən çıxış edirik",- deyə Ş.Şərif deyib.

Pakistan rəsmisi onu da vurğulayıb ki, PKK terror təşkilatının zərərsizləşdirilməsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın diplomatik səyi nəticəsində əldə edilən mühüm uğur idi.