
BAKI, 13 mart. TELEQRAF
“Zəngəzur dəhlizi” ifadəsi bizim üçün anlaşılmaz və qəbuledilməzdir.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda türkiyəli jurnalistlərlə söhbətində deyib.
Onun iddiasına görə, bu ifadənin Ermənistanla heç bir əlaqəsi yoxdur:
“Digər yandan, biz regional nəqliyyat marşrutlarının açılmasının tərəfdarıyıq. Regional kommunikasiya xətlərinin açılmasını ən çox müdafiə edən bizik.
Nəqliyyat xətlərinə gəlincə: "Ermənistan öz ərazisi vasitəsilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqəni təmin etməyə hazırdırmı? Bəli, əlbəttə, hazırdır.
Bu məsələ ilə bağlı Azərbaycana konkret təklif vermişik. Fikrimizcə, bu, sadəcə təklif deyil, dəmir yolu ilə yükdaşımaları baxımından problemi həll edən bir təklifdir. İndi biz Azərbaycanın cavabını gözləyirik”.