BAKI, 13 mart. TELEQRAF

"Türkiyədən “Marqara” sərhəd qapısından Ermənistan ərazisindən keçməklə, Azərbaycana avtomobil daşımalarını siyasi-hüquqi qərarla təmin etmək mümkündür"

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda türkiyəli jurnalistlərlə söhbətində deyib.

“Son məqaləmdə vurğulamışdım ki, başqa şərtlər və situasiyalarda infrastruktur sərmayələri tələb olunsa da, hazırda Türkiyədən “Marqara” sərhəd qapısından Ermənistan ərazisindən keçməklə, Azərbaycana avtomobil daşımalarını siyasi-hüquqi qərarla təmin etmək mümkündür. Burada infrastruktur hazırdır, yollar normal vəziyyətdədir. Bu marşrut Dığ sərhəd məntəqəsinə qədər uzanır və bu nöqtədən Ermənistandan Laçına - Azərbaycana keçməklə Azərbaycanın daxilinə getmək mümkün olur”, - baş nazir bildirib.

Qeyd edək ki, Ermənistan Baş nazirinin təklif etdiyi yol Qərbi Zəngəzurdan yan keçir. Hesab etmək olar ki, Nikol Paşinyan bununla diqqəti Zəngəzur dəhlizindən yayındırmaq niyyəti güdür.