
BAKI, 13 mart. TELEQRAF
"Bəzən problemi həll etmək üçün ağıllı və müdrik liderə ehtiyac duyulur".
Bunu Teleqraf-a açıqlamasında Latviyanın sabiq Prezidenti Valdis Zatlers deyib.
Sabiq dövlət başçısı qeyd edib ki, rəsmi Bakı əsas işin öhdəsindən gəlib:
"Azərbaycan əsas işi görüb - torpaqlarını işğaldan azad edib. İndi isə həmin əraziləri bərpa etmək lazımdır. Hazırda görürük ki, əraziləriniz uğurlu dirçəldilir. İnanıram ki, qısa müddət ərzində daha böyük işlərə nail olacaqsınız".
V.Zatlers Rusiya-Ukrayna müharibəsi barədə də fikirlərini bölüşüb:
"Qeyd etmək istərdim ki, müharibə Avropa İttifaqının (Aİ) zəmanəti əsasında yekunlaşa bilər. Baxın, təşkilat ilkin olaraq təhlükəsizliklə bağlı yazılı zəmanət verməlidir. İkincisi, Aİ Ukraynaya iqtisadi dəstək olmalıdır. Sonuncu isə Ukrayna və ABŞ arasında razılaşma ola bilər. Bunlar olduğu halda müharibə dayandırıla bilər. Hazırda dünyada güc üstündür. Müharibəni bitirib Avropa İttifaqı ilə Rusiya arasında münasibətləri də normallaşdırmaq vacibdir".