.jpg)
BAKI, 13 mart. TELEQRAF
"İxtisaslaşmış qurumlar beynəlxalq ictimaiyyət üçün əvəzsiz xidmət göstəriblər".
Teleqraf xəbər verir ki, bunu Ərəb Liqasının sabiq Baş katibi, Misirin sabiq Xarici İşlər naziri Amr Mussa XII Bakı Qlobal Forumu çərçivəsində keçirilən “Çoxqütblü Dünya üçün Multilateralizmə Yenidən Baxılması” panel müzakirələrində bildirib.
“Bu mövzu barəsində danışarkən getdikcə fenomenə çevrilən ikili standartları və veto hüququnun tətbiqini vurğulamaq istərdim. Beynəlxalq nizamın bərpasından danışırıqsa, bu məhfumlardan qurtulmalıyıq. Bunlar bizi uçuruma aparır. Vaxtında həll yolu tapılmasa, süqut qaçılmazdır. Gəlin vəziyyətə olduğu kimi yanaşaq. Gələcəyin gündəliyini unutmayaq. Beynəlxalq sülhə və təhlükəsizliyə təhdid olaraq münaqişələri qeyd etmək istərdim. Xüsusilə də 90-cı illərdən müşahidə olunan münaqişələr. Təhdidlər olduğu müddətdə, problemlərin həlli mümkünsüzdür",- Amr Mussa qeyd edib.