BAKI, 7 mart. TELEQRAF

Brüsseldə səfərdə olan Ramid Namazovun rəhbərliyi etdiyi Milli Məclisin nümayəndə heyəti NATO Baş qərargahını ziyarət edib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı missiyasının sosial şəbəkə hesabında paylaşım olunub.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti nümayəndəliyin diplomatları ilə birlikdə NATO-nun Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti Departamentinin Tərəfdaşlıq və Qlobal Məsələlər Direktorluğunun rəhbəri Krisztian Meszaros arasında görüş baş tutub.

Danışıqlar zamanı tərəflər arasında Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramı çərçivəsində Azərbaycan-NATO əməkdaşlığına dair məhsuldar müzakirələr aparılıb.