BAKI, 2 noyabr. TELEQRAF
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qərbi Azərbaycanla bağlı təbliğat işini öz fəaliyyətinin prioritet və zəruri tərkib hissəsi kimi daima diqqətdə saxlayır.
Teleqraf xəbər verir ki, bunu QMİ sədri Allahşükür Paşazadə "İrəvan Qazılığının tarixi" kitabının təqdimat mərasimində deyib.
O bildirib ki, QMİ dövlətimizin və xalqımızın mənafelərinə müvafiq olaraq Ermənistandan deportasiya olunmuş soydaşlarımızın yurd yerlərinə qayıdışı siyasətinə dəstək nümayiş etdirir.
"Bu niyyətlə, biz Qərbi Azərbaycan İcması ilə əməkdaşlıqda “İrəvan qazılığının tarixi” adlı sənədli materiallardan ibarət olan Azərbaycan və ingilis dillərində kitab nəşr etdirdik. Kitaba daxil olan materialların əsas mənbə bazası QMİ-nin arxivində mövcud olan sənədlərdir", - o vurğulayıb.