BAKI, 18 fevral. TELEQRAF

Heç bir qüvvə Azərbaycan-Türkiyə birliyini sarsıda bilməyəcək.

Teleqraf xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün "Texnologiya geosiyasəti” mövzusunda keçirilən akademik seminarda çıxışı zamanı bildirib.

"Cənubi Qafqazda sülhün bərqərar olması bütün region dövlətlərinin xeyrinə olacaq. Qarabağın inkişafı Türkiyə-Azərbaycan dostluğu sayəsində daha sürətli şəkildə gedir. Tarixdə olduğu kimi, bu gün də Azərbaycanla olan əlaqələrimizi daha da gücləndirəcəyik", - deyə qeyd edib.