BAKI, 21 oktyabr. TELEQRAF

Milli Məclisin Regional məsələlər komitəsinin təşkilatçılığı ilə konfrans keçirilir.

Teleqraf xəbər verir ki, konfrans “Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin çıxışından irəli gələn regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar” mövzusuna həsr edilib.

Konfransda Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri iştirak edir.