BAKI, 21 oktyabr. TELEQRAF
Müxalif “Güclü Ermənistan” Partiyasının Stepavan şəhərindəki ofisində aparılan axtarış nəticəsində 14 nəfər saxlanılaraq Korrupsiyaya qarşı Mübarizə Komitəsinə aparılıb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin istintaq qurumu məlumat yayıb.
Komitədən bildirilib ki, qurumda aparılan cinayət işi çərçivəsində axtarışlar və digər prosessual tədbirlər həyata keçirilir: “14 nəfər saxlanılıb. Zərurət yaranarsa, əlavə məlumat veriləcək”.
Xatırladaq ki, “Güclü Ermənistan” partiyasının lideri rusiyalı oliqarx Samvel Karapetyandır.