BAKI, 13 oktyabr. TELEQRAF

FIFA referisi Kamal Umudlu UEFA Genclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyununu idarə edəcək.

​Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.

​Matçda ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İtaliya təmsilçisi Davide Di Marko yerinə yetirəcək.

​Qeyd edək ki, oktyabrın 14-də Roma şəhərində yerləşən "Stadio Tre Fontane"də keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.