LƏNKƏRAN, 2 oktyabr. TELEQRAF
Lənkəranda evdən meyit tapılıb.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Nərimanabad-2 qəsəbəsində baş verib.
2008-ci il təvəllüdlü qəsəbə sakini Anara Anar qızı Nəzərovanın meyiti yaşadığı evdə tapılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.