BİLƏSUVAR. 4 oktyabr. TELEQRAF
Biləsuvarda yol qəzası olub, xəsarət alan var.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Biləsuvar-Bəhramtəpə avtomobil yolunun rayonun Arazbari kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib.
Belə ki, idarəetmədən çıxan avtomobil yolun kənarına aşıb. Nəticədə avtomobildə olan qadın sərnişin ağır bədən xəsarətləri alıb.
Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.