Yevlaxda şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil verildi.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunan mənzillər Yevlaxda inşa olunmuş MİDA Yaşayış Kompleksində yerləşir.

Mənzillərin sənədlərinin təqdim edilməsi məqsədilə keçirilən tədbirdə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov və Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev iştirak ediblər.

Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı 5 dəfə genişləndirilib.

Tədbirdə mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, həssas təbəqədən olan vətəndaşların digər istiqamətlərdə də genişmiqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunduqları diqqətə çatdırılıb.

Yeni mənzillə təmin olunan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.