GƏDƏBƏY, 20 noyabr. TELEQRAF

Gədəbəy rayonunun Dəyirmandağ kəndində 33 yaşlı kişinin meyiti tapılıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 1993-cü il təvəllüdlü Seymur Hüseynovun meyiti onun yaşadığı evdə yaxınları tərəfindən aşkar edilib.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma başlanılıb.