BAKI, 31 oktyabr. TELEQRAF
Ukraynanın paytaxtı Kiyevin doqquz rayonunda su təchizatında ciddi problemlər yaranıb.
Teleqraf xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.
Onun sözlərinə görə, paytaxtın Svyatoşin, Podol və Şevçenko rayonlarında su təchizatı aşağı təzyiqlə həyata keçirilir.
Şəhərin daha altı rayonunda isə suyun verilməsi tamamilə dayandırılıb.
Bundan əvvəl Ukraynanın UNİAN informasiya agentliyi Kiyevdə bəzi istehlakçıların elektrik enerjisi ilə təchizatında da fasilələr yarandığını bildirib.
Su və elektrik enerjisi təchizatının nə vaxt tam bərpa olunacağı barədə hələlik məlumat verilməyib.