GORANBOY, 26 iyul. TELEQRAF

Goranboy rayonunda həkim qəfil dünyasını dəyişib.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, Vidadi Əliyevin evində anidən səhhəti ağırlaşıb və o, həyatını itirib.

Məlumat üçün bildirək ki, V. Əliyev Goranboy rayon Mərkəzi Xəstəxanasında müxtəlif vəzifələrdə çalışıb.