GƏDƏBƏY, 19 iyul. TELEQRAF
Gədəbəydə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, rayonun Gülallı kənd sakini 2010-cu il təvəllüdlü Əli Süleymanovu maşın vurub.
Yeniyetmə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədə yerləşən tibb müəssisələrindən birinə gətirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti isə kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanılıb.