BAKI, 23 may. TELEQRAF

Ağdamın Kəngərli kəndinə köçürülən 232 nəfərdən ibarət 49 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.

Teleqraf xəbər verir ki, mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

***

12:51

BAKI, 23 may. TELEQRAF

Bu gün Ağdamın Kəngərli kəndinə yola salınan köç karvanı doğma yurduna yetişib.

Teleqraf xəbər verir ki, bu gün respublikamızın müxtəlif rayonlarında məskunlaşmış 49 ailə (232 nəfər) Kəngərli kəndinə yola salınıb.

Bununla da Kəngərli kəndinə köçürülən ailələrin sayı 109-a (487 nəfər) çatıb.

***

06:30

BAKI, 23 may. TELEQRAF

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Ağdam rayonunun yenidən qurulan Kəngərli kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb.

Teleqraf xəbər verir ki, respublikamızın müxtəlif rayonlarında məskunlaşmış 49 ailə (232 nəfər) Kəngərli kəndinə köçürülüb.

Bakı şəhərindən 3 ailə (11 nəfər), Yevlax və Mingəçevir şəhərlərində, Ağdam, Ağcabədi, Bərdə, Şəki və Oğuz rayonlarında məskunlaşmış 46 ailə (221 nəfər) Ağdam rayonunun Təzəkənd kəndində yerləşən keçid postunda birləşərək azad olunmuş yurdlarına doğru hərəkət edəcəklər.

Bununla da Ağdam rayonunun Kəngərli kəndinə cəmi 109 ailə (487 nəfər) köçürüləcək.